Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Etibar Əliyev: "Mənə qarşı aparılan çirkin kampaniyanın başında duran Fərəc Quliyevin oğludur"



Newscenter.az.2.03.2021. Mənə qarşı sosial şəbəkələrdə aparılan çirkin kampaniyanın başında duran deputat seçkilərində alternativim olmuş Fərəc Quliyevin oğlu Mətin Quluyevdir.

Newscenter.az xəbər verir ki, bu fikirləri deputat Etibar Əliyev özünün facebook profilində qeyd edib. Millət vəkili bildirib ki, Mətin Quliyev analoji piar kampaniyasını seçkilər vaxtı da aparırdı:

"Əlimdə kifayət qədər sübutlar var. Hüquq mühafizə orqanlarına müraciət hazırlayıram. Mənim adımdan facebookda paylaşılan və mənim işlətmədiyim ifadələri məqsədli şəkildə hazırlayaraq ictimaiyyətə ötürüb. Nəticədə ünvanıma təhqir, küçə şöyüləri yazılıb, özüm və ailə üzvlərim ən ağır formada həqarətlərə məruz qalıb. Parlamentin, eyni zamanda onun üzvü olaraq mənim nüfuzuma xələl gətirməyə cəhd edilib. Onu da qeyd edim ki, məni facebookda olmazın söyüşlərlə təhqir edən "Əbulfəz Babasoy" profili də Mətin Quliyev tərəfindən idarə olunur".

Anar
Xəbəri paylaş