Newscenter.az.2.03.2021. Bu gün, erməni xalqı: "Qarabağlı qeyri-müstəqil, ya, Qarabağsız, azad və müstəqil Ermənistan?" sualına, müstəqilliyi seçərək son cavabını verdi. Millət meydana axışıb vətəni, Paşinyanı qorudu. Son 30 ildə Qarabağ işğalı haqsızlığından, qalib adıyla Rusiya ilə birlikdən xeyir əvəzində, ziyanlı çıxdığını anlayıb, Qarabağa da, Rusiyaya da, yox dedi. 30 ildən sonra, "Azərbaycan, türk üzərində qələbə!" adlı Qarabağ avantürası eyforiyasından ayılanda baxdı ki, bu avantüra nəinki ona Dağlıq Qarabağ verib, üstəlik, Ermənstanı da çökdürüb.
Paşinyanın "İsgəndər", rus raketi yararsızlığı ilə bağlı bəyanatından bəri bu son 6 gündə Rusiya və Ermənistan arasında hətta, rəsmi səviyyədə münasibət soyuqluq və ziddiyyətləri yaşanır. Bu günkü erməni Rusiyapərəst general-hərbi-siyasi müxalifətinin fiaskosu, xalqın 5-ci kolona "xeyr!" qəti cavablı reaksiyası isə, bu ziddiyyətləri daha xeyli gücləndirə bilər. Qeyd edim: bunlar hamısı, bizim Azərbaycanın xeyrinə və halal haqqına da olan vacib proseslər, gedişatdır. Cənab, İ. Əliyev isə, bu proseslərin həll ustasıdır. Davamı gəlsin.
İlqar Altay-İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri