Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan Koçaryan və Sarkisyanı həbsə göndərəcək



Newscenter.az.2.03.2021. “Ermənistan Cənubi Qafqaz regionunda ABŞ və Rusiya arasında maraqlarının toqquşduğu meydan rolundadı. Qərbi təmsil edən N.Pasinyanla Rusiyanı təmsil edən müxalifət və Baş Qərargah arasında davam edən siyasi qarşıdurmanın həlledici məqamı başa çatdı. Məhz baş nazir Nikol Paşinyan Yerevanda çoxminli mitinq keçirməklə revanşist müxalifəti fiaskoya uğratdı”.

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Məhəmməd Əsədullazadə səsləndirib. O, qeyd edib ki, böyük mitinqlə xalq ölkədə Koçaryan-Sarksiyan tandeminin bir daha hakimiyyətə gəlməsinin qarşısını aldı:

“Həmçinin bu mitinq ölkədə hərbi çevrilişin qarşısını almaqla yanaşı, bundan sonrakı prosesdə Rusiyanın dəstəklədiyi Baş Qərargah rəisi və Koçaryan-Sarkisyan tandemininin geri çəkilməsinə gətirib çıxardı. Çünki mövcud vəziyyət Pasinyanin lehinədir. Xalq onun hakimiyyətdə qalmasında maraqlıdır. Əgər, hərbi çevrilişə növbəti dəfə cəhd olunsa, ölkədə vətəndaş qarşıdurması qaçılmaz olacaq. Buna baxmayaraq Paşinyan hakimiyyəti əldən verməyəcək”.

Politoloq deyib ki, hazırda Paşinyanın Ermənistanda alternativi yoxdur və Kremlin bir neçə gündən sonra geri addım atması mümkündür:

“Bununla da Baş Qərargah rəisinin vəzifəsindən çıxarılması reallaşacaq. Onun hökuməti dəyişmək şansları sıfırdır. N.Paşinyan müxalifəti ram etdikdən sonra Koçaryan və Sarkisyanı həbsə göndərəcək. Baş Qərargah rəisinin həbsi də mümkündur”.

Məhəmməd Əsədulazadə qeyd edib ki, payızda ölkə referenduma gedəcək:

“Prezident üsul idarəsinə qayıtmasi ilə, Paşinyan prezident postunu tutacaq və ölkədə stabilliyi təmin edə biləcək. Bu, Ermənistanda üçüncü Respublikanın qurulmasi olacaq. İndiki şərtlərlə Ermenistanla siyasi -iqtisadi əlaqələr və sülh müqaviləsi mümkün deyil. Yalnız N.Paşinyan üçüncü Respublikanı qurduqdan, ölkədə revanşizm məhv edildikdən sonra, Azərbaycan və Türkiyə ilə əməkdaşlığa gedilməsi mümkündür. Rusiyanın gələn ildən bu ölkədə mövqeləri zəiflədiləcək. Hətta Rusiya hərbi bazasının da çıxarılmasına calışılacaq. N.Paşinyanın əsas planı üçüncü Respublikanı qurmaqdır və burada Rusiya olmayacaq. Hazırda Ermənistanda yaşananlar Paşinyan üçün Rusiyaya qarşı gələn ildən hərəkətə keçmək üçün fürsət verdi Bundan sonra baş nazir N. Paşinyan Qarabağla bağlı Azərbaycanla konfrontrasiyaya getməyəcək. Qeyd edim ki, Ermənistanda N.Paşinyani ciddi şəkildə müdafiə və mühafizə edən ABŞ səfirliyidir və proseslər oradan idarə edilir. Ermənistan Baş Qərargahı isə, Rusiyanın "102-ci hərbi" bazasından təlimatlar alır. Azərbaycan baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalmasında maraqlıdır. Hətta Türkiyədə Ermənistanla sərhədləri açdıqdan sonra, bu ölkədə Türkiyənin siyasi -iqtisadi üstünlüyü baş tutacaq”.

Mehman
Xəbəri paylaş