Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ankarada Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub



Newscenter.az.4.03.2021
. Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə Ankarada keçirdiyi görüşdə regional layihələri müzakirə edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Tərəflər Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin əhəmiyyətini vurğulayıblar. Qeyd olunub ki, Cənub Qaz Dəhlizi layihəsinin reallaşdırılması Türkiyə və Gürcüstanın enerji təhlükəsizliyini gücləndirəcək və Xəzər dənizi bölgəsindən Avropa bazarına əlavə həcmdə enerji daşıyıcılarının tədarükünü təmin edəcək.

XİN başçıları inkişaf perspektivləri olan Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əməkdaşlıq formatını da nəzərdən keçiriblər. Tərəflər regional əməkdaşlığın inkişafı ilə bağlı razılığa gəliblər.
Xəbəri paylaş