Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aqrar sektorda investisiyanın təşviqi üzrə Fəaliyyət Planı hazırlanıb



Newscenter.az.4.03.2021. Azərbaycanda kənd təsərrüfatı sektorunda investisiyanın təşviqi - Aqrobiznes İnvestisiya Təşviqinə dair 2020-ci il üzrə Fəaliyyət Planı hazırlanıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin hesabatında bildirilir.

Sənədə əsasən, ölkə üçün prioritetləşdirilən sub-sektorlar üzrə (xurma, fındıq, pomidor və nar) benchmarking (müqayisəli təhlil) hazırlanıb, həmçinin bacarıqların artırılması üzrə təlim keçirilib.

Seçilmiş istiqamətlər (xurma, fındıq, pomidor və nar) üzrə 250 beynəlxalq şirkət arasından 50 potensial investor müəyyənləşdirilib. Potensial investorlara göndərilməsi (fındıq məhsulu üzrə) üçün ilkin məktub və təqdimat İFC ilə razılaşdırılmaqla hazırlanıb. Hal-hazırda aidiyyəti üzrə imzalandıqdan sonra göndərilməsi üçün yekun işlər görülməkdədir.

Ötən il ərzində kənd təsərrüfatı sahəsində beynəlxalq təşkilatların dəstəyi ilə və dövlət büdcəsindən ayrılmış vəsait hesabına ümumilikdə 19 texniki yardım layihəsi həyata keçirilib, onlardan “Mərkəzi Asiyada kənd təsərrüfatı üzrə informasiya və məsləhət xidmətlərinin potensialının gücləndirilməsi” layihəsinin icrası 2020-ci ildə uğurla başa çatdırılmış və 18 layihənin icrası davam etdirilir. Bu layihələr çərçivəsində, əsasən, heyvandarlıq (iri və xırdabuynuzlu), bitkiçilik (fındıqçılıq, sağlam kartof toxumçuluğu, aqro-bioloji müxtəlifliyin mühafizəsi), kənd təsərrüfatında subsidiya mexanizminin təkmilləşdirilməsi, aqrar sahədə informasiya və məsləhət xidməti, aqrobiznes investisiyalarının cəlbi, gənclərin və qadınların məşğulluğu kimi fəaliyyətlər nəticəsində kənd ərazilərinin inkişafının davamlılığının təmin edilməsi istiqamətlərində kənd təsərrüfatı sahəsinə müsbət töhfələr verilib.
Xəbəri paylaş