Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Könül Nurullayeva seçicilərinin problemlərini dinləyib-FOTOLAR



Newscenter.az.4.03.2021. “Bakı şəhəri Nizami rayonu sakinləri və Azərbaycanın digər guşələrində yaşayan vətəndaşlarımızın Deputat Qərargahıma daxil olan müraciətlərinə əsasən növbəti vətəndaş qəbulumuzu həyata keçirdik”.

Newscenter.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Könül Nurullayeva səsləndirib. O, qeyd edib ki, həftə ərzində, ümumilikdə, 33 vətəndaşın birbaşa, telefon və sosial şəbəkələr üzərindən ümumi müraciətlərini qeydə aldıq, onlardan 9 nəfərini isə canlı şəkildə keçirilən vətəndaş qəbulumuz zamanı dinlədik:

“Görüşlər zamanı qəbul iştirakçılarını ən çox narahat edən problemlər məşğulluq, maddi yardım, sosial təminat, müxtəlif dövlət və qeyri-dövlət strukturları əməkdaşlarının fəaliyyəti ilə bağlı şikayətlər qismində qiymətləndirilib. Vətəndaşların müraciətləri qeydiyyata götürülüb və tezliklə müvafiq qurumlara ünvanlandırılacaq”.

Ruhiyyə

Xəbəri paylaş