Newscenter.az.4.03.2021. 4 mart Dünya Cinsi İstismara qarşı Mübarizə Günüdür.
Dünyada hər gün yüzlərlə uşaq cinsi təcavüzə məruz qalır. Əvvəllər bu cür məlumatları xarici xəbərlərdə eşidirdik.
Amma Azərbaycanda da belə hallar az müşahidə edilmir. Sosial şəbəkələrdə aktivliyin artması bu cür hadisələrin ictimaiyyətə daha sürətlə çatdırılmasına səbəb olur.
Bəs pedofiliya nədir? Nəyə görə yaranır? Bir insan uşağa qarşı nəyə görə seksual hərəkətlər etsin?
Pedofiliya Nədir?
İngiliscə “paedophilia” sözündən yaranan pedofil sözünün kökü yunanca paid (uşaq) və philia (düşgünlük) sözlərindən ibarətdir.
Uşaq üçün cinsi istismar – razılığı olmayan və ya bunun fərqində olmayacaq yaşda olan uşağın yetkin insanın cinsi əməlinə alət edilməsi və ya bunu göz yumulması kimi təsvir edilir. Bu cinsi istismar:
Açıq-saçıq telefon danışıqları, sözlə istismar,
ekshibisyonizm; Uşaqlara cinsi orqanın göstərilməsi,
voyurizm; Uşaqları soyundurub seyr etmə, uşaq yanında masturbasiya aparılması,
frotterizm (cinsi orqanın sürtülməsi),
uşağın bədəninə cinsi məqsədlə toxunmaq, uşaqların dəxli olmayan mövzulara qatılması,
oral seks və ya vaginal seks şəklində ola bilər. Uşaqlar daha çox pedofillərin cinsi təcavüzünə məruz qalırlar. Bütün uşaqlar pedofillərə qarşı köməksiz olurlar.
Pedofil adamlar uşaqların etimadlarını xüsusilə qazanaraq onları torlarına salırlar. Uşaqlara qarşı mülayim olduqlarına görə, uşaqlar bəzən onların pis niyyətlərini anlamır, hətta onları qoruyurlar.
Pedofiliya psixoloji xəstəlik növüdür. Xəstəliyi təşxis etmək üçün şəxsin ən az 16 yaşı olmalıdır. Yəni şəxs cinsi istismara məruz qoyduğu uşaqdan 5 yaş böyük olmalıdır.
Pedofillər üstünlük verdikləri yaş qruplarına görə iki yerə bölünürlər: Hebefiller (hebephiles, yetkinlik sonrası uşaqları seçənlər) və pedofillər (pedophiles, yetkinlikdən əvvəli uşaqları seçənlər). Pedofillərin 75 faizindən çoxu qurbanların qohumları, ailə dostları və ya tanışlarıdır.
Pedofillər tez-tez cinsi birləşmədən əvvəl qurbana toxunmaq və ya cinsi orqanlara baxmaq yolu ilə cinsi doyuma çatırlar.
Pedofillər arasında kiçik uşaqlara və yetkinlik dövrünə çatan uşaqlara maraq göstərənlər var.
Pedofillər uşaqla cinsi təmasa saç oxşayaraq, cinsi orqanını və qurbanının cinsi orqanını əlləməklə başlayırlar. Uşağı hürkütməsinlər deyə addım-addım cinsi münasibətdə olurlar. Münasibətlər böyüklər tərəfindən hiss edilməyənədək uzana bilər.
Bir insan niyə pedofil olsun?
Alimlər tərəfindən aparılan araşdırmalara görə, psixi pozğunluğu və şəxsi keyfiyyətlərində çatışmazlıq olan insanlar pedofiliyaya meylli olurlar. Uşaq vaxtı psixoloji sarsıntı keçirən, ailələrində problemlər yaşanan adamlar bəzən özlərini özyaşıdları ilə münasibətdə sınamaqdan çəkinirlər və özlərindən kiçik şəxslər üzərində güclərini sınamağa meylli olurlar.
Pedofillərin çoxu kişi cinsinə aid olur. Yaşayış tərzi və mədəniyyət də bu məsələdə mühüm amillərdən biridir. Pedofillik gen və hormonlardan əlavə din, ağıl, irq, təhsil, mədəniyyət, adət və ənənələr, peşə və ya sosial səviyyədən asılıdır.
Ana və uşaq, ata və uşaq arasında əlaqələrin pozulması da pedofiliyaya yol açır.
Ruhi böhranların təsiri altında qalmaq, cinsi ehtiyac və məhdudiyyətlər və ya cəmiyyət tərəfindən təkliyə məhkum edilmə və təcrid edilmə halı böyüklərin uşaqlara qarşı cinsi meyllərini yenidən canlandırır.
Valideynlər DİQQƏTLİ olun! Cinsi təcavüzə məruz qalan uşaqlarda hansı hallar müşahidə edilir?
Cinsi xarakter daşıyan hər şeyə qarşı qeyri-adi maraq göstərmək və ya bunlardan fövqəladə şəkildə çəkinmək
Müəyyən şəxs və ya yerlərə qarşı qorxu hissi
Ona hər hansı birinin toxunub-toxunmadığını soruşanda gözlənilməz və ya qeyri-adi bir cavab eşitmək
Fiziki müayinələrdən qeyri-adi şəkildə qorxmaq və çəkinmək
Yuxu problemləri və ya qarabasmalar
Depressiya və ya yoldaşlarından və ya ailəsindən uzaqlaşma
Başqa uşaqları cinsi fəaliyyətə sövq etmə təşəbbüsü
Sidik kisəsinə və ya bağırsağa nəzarətin birdən itirilməsi
Bədənlərinin çirkli, ya da qüsurlu olduğuna dair ifadələr və ya genital bölgələrində bir problemin olduğu qorxusu
Məktəbə getməyi rədd etmə
Cinayətkarlığa yönəlmə və ya davranım qüsurları
Sirr verməmək
Rəsmlərində, oyunlarında, xəyallarında cinsi təcavüzə münasibətin faktorları
Qeyri-adi təcavüzkarlıq
İntihara meyilli davranış
Cinsi təcavüzə məruz qalan uşaqlar gələcəkdə kimisə bu təcavüzə məruz qoya bilərlər.
Qorxu (xüsusilə şiddətə məruz qaldısa), çaşqınlıq və ya passiv həzz ola bilər. Cinsi əlaqə, xüsusilə şiddətə məruz qaldısa, uşaqda çox ciddi travmalara səbəb ola bilər. Bəzi hallarda qurban cinsi əlaqədən çox, valideynlərinin daha əvvəlki xəbərdarlıqlarına qulaq asmadığını düşünərək özünü ittiham etməyin dərdini çəkir. Cinsi təcavüzə məruz qalan uşaqlar tez-tez problemli yetkinlik dövrü yaşayırlar. Araşdırmalara görə, uşaq vaxtı cinsi təcavüzə məruz qalan kişilər cinayətə daha çox meylli olurlar. Uşaqlıqda cinsi təcavüzə məruz qalan qadınlar isə daha çox narkotika alüdəçisinə çevrilirlər və seksi özlərinə peşə kimi seçməyə meylli olurlar.
Uşaqlar onlara qarşı edilən cinsi xarakterli hərəkətləri ikinci bir şəxsə danışmaqda çətinlik çəkirlər. Onlara qarşı mükün olduqca nəzakətlə yaxınlaşmaq və onları günahlandırmadan dərdlərini deməsinə şərait yaratmaq lazımdır.
Əli İbrahimov-hüquqşünas