Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmaz sakinindən silah götürülüb



Newscenter.az.4.03.2021. Daxili işlər orqanları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin ifşa olunaraq məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri davam etdirilir.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən rayon sakini Namiq Əliyev saxlanılıb. Onun yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd AK-74 markalı avtomat, bir ədəd sandıqca və 30 ədəd patron aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı N.Əliyev silah və patronları meşəlik ərazidən tapdığını bildirib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.

Mehman
Xəbəri paylaş