Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanda koronavirusa daha 365 nəfər yoluxub



Newscenter.az.5.03.2021. Azərbaycanda koronavirus infeksiyasına 365 yeni yoluxma faktı qeydə alınıb, 175 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Bildirilib ki, son sutkada 3 nəfər COVID-19-dan vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 236 012 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 229 442 nəfər müalicə olunaraq sağalıb, 3 235 nəfər vəfat edib. Hazırda 3 335 aktiv xəstə var.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 779, bu günə qədər isə ümumilikdə 2 635 770 test icra olunub.
Xəbəri paylaş