Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DTX-nin rəisi Türkiyədə hərbi qulluqçuların həlak olması ilə bağlı başsağlığı verib



Newscenter.az.5.03.2021. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab Hulusi Akara, Baş Qərargah rəisi ordu generalı cənab Yaşar Gülerə və Milli İstihbarat Təşkilatının rəhbəri cənab Hakan Fidana başsağlığı ünvanlayıb.

Newscenter.az DTX-nin saytına istinadən xəbər verir ki, başsağlığında bildirilir:

"Qardaş Türkiyə Respublikasının Quru Qoşunlarına məxsus hərbi helikopterin Bitlisdə qəzaya uğraması nəticəsində Elazığ 8-ci ordu korpusunun komandiri korpus generalı Osman Erbaşın, digər yüksək rütbəli hərbi qulluqçuların həlak olması və yaralanması, Şırnak bölgəsində hərbi avtomaşının aşması nəticəsində on bir hərbi qulluqçunun xəsarət alması xəbəri bizi dərindən kədərləndirdi.

Şəhid olanlara Allahdan rəhmət diləyir, ailələrinə dərin hüznlə başsağlığı verir və onların dərdlərinə şərik olduğumuzu bildiririk. Bütün yaralılara tezliklə sağalmaları üçün şəfa arzulayırıq".
Xəbəri paylaş