Newscenter.az.6.03.2021. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə Beynəlxalq Donor təşkilatları arasında videokonfrans formatında Donor Əlaqələndirmə Görüşü keçirilib.
Newscenter.az-a AQTA-dan bildirilib ki, görüşdə iştirak edən Agentliyin sədr müavini Zəkiyyə Mustafayeva Agentlik yarandığı vaxtdan donor təşkilatları tərəfindən göstərilən dəstək və AQTA ilə donor təşkilatları arasında həyata keçirilən sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edib, əməkdaşlığın bundan sonra da birgə işlərə müsbət təsir göstərəcəyini iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda Agentliyin donor təşkilatlarının dəstəyi ilə həyata keçirdiyi layihələr barədə tədbir iştirakçılarına geniş məlumat verilib.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO), Dünya Bankı (WB), Avropa İttifaqı (EU), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), UNICEF, Ümumdünya Səhiyyə Təşkilatı (WHO), Asiya İnkişaf Bankı (ADB), ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi (TAMA), eləcə də Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası İqtsadiyyat Nazirliyinin nümayəndələrinin iştirak etdiyi görüşdə hazırda həyata keçirilən layihələr üzrə hazırlanmış strategiya və AQTA tərəfindən müəyyən edilmiş texniki dəstəyə ehtiyac duyulan sahələr üzrə əməkdaşlıq perspektivləri müzakirə edilib.
Orxan