Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Deputat Jalə Əhmədovanın 10 saat davam edən seçici qəbulu və vətəndaşları narahat edən əsas problemlər-FOTOLAR



Newscenter.az.6.03.2021. Milli Məclisin deputatı Jalə Əhmədova Salyan rayonunda yerləşən deputat ofisində seçiciləri qəbul edib.

Newscenter.az xəbər verir ki, səhər saat 11:00-dan axşam 20:30-a qədər davam edən seçici qəbulunda şəhid ailələri, qazilər, Vətən müharibəsi iştirakçıları, rayon sakinlərini olmaqla, ümumilikdə 62 nəfər seçici qəbul olunub, onları narahat edən məsələlər dinlənilib.

Millətt vəkili seçiciləri narahat edən məsələlər barədə qeydiyyatlar aparıb, problemlərin həlli üçün səlahiyyətləri çərçivəsində əlindən gələn köməkliyi əsirgəməyəcəyini bildirdim.
Jalə Əhmədova bildirib ki, seçiciləri xüsusi olaraq Şirvan şəhər Məşğulluq Mərkəzi filialının, rayon bələdiyyələrinin fəaliyyətindən, rayonun infrastrukturunun inkişaf problemlərindən və s. şikayət ediblər:

“Belə ki, Şirvan şəhər Məşğulluq Mərkəzi filialının fəaliyyətindən narazılıqlarını bildirən seçicilər, işsizlik və məşğulluqla bağlı illərdir qeydiyyata alındıqları Məşğulluq Mərkəzində hələ də işlə təmin edilmədiklərini, müraciətlərinə “gedin, iş olanda deyəcəyik” kimi cavablar verildiyini, rayonda nə fəhlə, nə də ali təhsilli vətəndaşlara iş tapılmadığını, pensiya yaşına çatmış və pensiya hüququ almış şəxslərin nədənsə hələ də işlədiklərini, ali təhsilli gənclərin işsiz qaldıqlarını qeyd edərək məndən köməklik istədilər. Yəni 6-8 ildir ki, iş üçün qeydiyyata alınmış vətəndaşların bu günə kimi işlə təmin edilməməsi, ümumiyyətlə nə fəhlə, nə də ali təhsilli insanlara iş olmaması nə dərəcədə düzgündür?”.

Deputat qeyd edib ki, seçicilərini narahat edən ikinci məsələ, bələdiyyələrin, daha doğrusu vaxtilə bu vəzifəni tutmuş bələdiyyə sədrlərinin fəaliyyəti ilə bağlı olub: “Bu gün Salyan rayonunda əhalinin torpaq problemi yaşaması, vaxtilə hektarlarla torpağın bələdiyyələr tərəfindən nəyinsə müqabilində 25 il və daha çox müddətə müqavilə bağlayaraq kimlərəsə verilməsi, örüş yerlərinin olmaması, süni göllərin yaradılmasıdır. Nəticədə, bu gün vətəndaşlar torpaqsızlıqdan əziyyət çəkir, nə əkib becərə bilir, nə də mal-qara saxlaya bilir. İnsanlar örüş yerləri olmadığına görə məcburiyyət qarşısında qalıb mal-qaranı həyətlərində saxlayırlar. Hətta məsələ o yerə çatıb ki, “YAŞAT” fondu tərəfindən şəhid ailəsi üçün evin tikilməsinə Salyan rayonunda torpaq tapılmayıb?!

Üçüncü məsələ, rayon infrastrukturunun zəif olması, işsizliyin aradan qaldırılması üçün rayonda vaxtı ilə fəaliyyət göstərmiş istehsal, təhsil müəssisələrinin fəaliyyətinin bərpası məsələsidir. Bir məsələni də xüsusi qeyd etmək istəyirəm. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı qanı və canı bahasına işğaldan azad edən əsgər və zabitlərimizə diqqət və qayğı göstərmək, onları narahat edən problemlərə həssaslıqla yanaşmaq hər birimiz borcluyuq və gəlin bir ömür boyu borclu olduğumuz bu insanları incitməyək”.

Ruhiyyə

Xəbəri paylaş