Newscenter.az.6.03.2021. “Prezident İlham Əliyevin göstərişi ilə diplomatik korpusların nümayəndələrini Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarını ziyarət etmək üçün aparırıq”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb.
“Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq”, - H.Hacıyev qeyd edib.