Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xaçmazda dönərxanada zəhərlənmə olub, 17 yaşlı gənc ölüb



Newscenter.az.7.03.2021. Xaçmaz rayonunda dönərxanada dəm qazından zəhərlənmə hadisəsi baş verib.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzindəki "Köhnə avtovağzal" adlanan ərazidə yerləşən dönərxanada qeydə alınıb.

Hadisə nəticəsində rayonun Əhmədoba kənd sakini, 2004-cü il təvəllüdlü Səbuhi İsmayıl oğlu Kərimov ölüb, Müzəffəroba kənd sakini, 1995-ci il təvəllüdlü Mayıl Eyyub oğlu Məmmədov isə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş