Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İsveçdəki Azərbaycan və türk qadın təşkilatları bir araya gəldi-FOTOLAR



Newscenter.az.8.03.2021. İsveçdə yaşayan Azərbaycan və Türk qadın təşkilatlarının nümayəndələri bu ölkədə müxtəlif mədəni layihələri həyata keçirməyə başlayacaqlar.

Newscenter.az xəbər verir ki, bu məqsədlə İsveç-Azərbaycanlıları Cəmiyyəti SAF üzvləri ilə Türkiyənin İsveç Krallığındakı fövqəladə və səlahiyyətli səfirinin xanımı Figen Yunt arasında görüş təşkil edilib.

Görüşdə İsveç cəmiyyəti üçün Türk və Azərbaycan mədəniyyətinin zənginliyini və gözəlliyini necə üzə çıxarmaq, bunun üçün hansı yolları seçmək, hansı addımları atmaq kimi məsələlər müzakirə olunub.

Diplomat xanımı Figen Yunt çıxışında deyib ki, İsveçdə olduğu ilk günlərdən etibarən isveçlilərin Türkiyə haqqında nə qədər az məlumat sahibi olduqlarını anlayıb. Ona görə də türk mədəniyyətinin İsveçdə təbliği istiqamətdə çox iş görülməlidir.
Bu baxımdan, krallıqdakı Türk və Azərbaycan diasporlarının səyləri İsveç cəmiyyətinə Türk mədəniyyətinin zənginliyi barədə həqiqətləri çatdırmaq üçün birləşdirilə bilər.

SAF (Svensk-Azerbajdzjanska kulturföreningen) rəhbəri Sevda Dadaşovanın sözlərinə görə, İsveçdə yaşayan türklərin və azərbaycanlıların, ümumən türk millətinin ən yaxşı keyfiyyətlərini nümayiş etdirən qadınların səyləri ilə həyata keçiriləcək müxtəlif mədəni layihələr bu Avropa ölkəsində Türkiyə və Azərbaycan mədəniyyətinin daha dərindən tanıdılmasına yardımçı ola bilər.

Xanım Figen Yunt da öz növbəsində iki qardaş ölkənin mədəni irsinin məhsuldar və parlaq olmasını təşviq etmək üçün İsveçdə Türkiyə-Azərbaycan əməkdaşlığında son dərəcə vacib olduğunu qeyd edib.

NEWSCENTER.AZ
Xəbəri paylaş