Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aliment Fondu yaradılmalıdır



Newscenter.az.9.03.2021. Ombudsman Aparatı Aliment Fondunun yaradılmasının təklifi ilə çıxış edib.

Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2020-ci il üzrə məruzəsində bildirilib.

Qeyd olunub ki, uşağın saxlanılması üçün məhkəmənin təyin etdiyi alimentin dövlət tərəfindən (sonradan borcludan məcburi qaydada alınması şərti ilə) ödənilməsi üzrə mexanizmi (Aliment Fondunun) yaradılmalıdır.

Qeyd edək ki, məruzə Milli Məclisin İnsan hüquqları komitəsinin sabah keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Xəbəri paylaş