Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa Parlamenti separatçı deputatların toxunulmazlığını ləğv edib



Newscenter.az.9.03.2021. Avropa Parlamenti İspaniyanın Kataloniya Muxtar Bölgəsinin keçmiş başçısı Karles Puçdemonun deputat toxunulmazlığını ləğv edib.

“Report” TASS-a istinadən xəbər verir ki, martın 8-də məsələ ilə bağlı keçirilən gizli səsvermənin nəticəsi bu gün səhər açıqlanıb.

Bildirilib ki, onunla yanaşı daha iki deputat - Tonu Komina və Klaru Ponsati də deputat toxunulmazlığından məhrum ediliblər. Bu, onların İspaniyaya təhvil verilməsi prosesinə yol açacaq.

Qeyd edək ki, separatçı deputatlar hazırda Belçikaya sığınıblar. Onları İspaniyada həbs gözləyir.
Xəbəri paylaş