Newscenter.az.9.03.2021. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının 13-cü mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.