Newscenter.az.9.03.2021. 2020-ci ilin sentyabrın 27-dən başlayaraq Ermənistanın Azərbaycan ərazisinə təcavüzü nəticəsində kənd təsərrüfatı texnikası, məhsulları və heyvanları üzrə mülki əhaliyə, dövlət əmlakına və sahibkarlıq subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılmasını təmin etmək məqsədilə Dövlət Komissiyası yaradılıb. Dövlət Komissiyası tərəfindən qiymətləndirmələrə əsasən kənd təsərrüfatına dəymiş ziyanın məbləği 1 mln 281,1 min manat müəyyənləşdirilib.
Bu barədə Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında qeyd edilib.
Belə ki, ümumlikədə 7 rayon ( Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli, Cəbrayıl, Goranboy) üzrə 1 560 baş iri və xırdabuynuzlu mal-qara, 34 baş at, 107 arı yeşiyi, 6 701 ev quşu tələf olub, 14 107 ot bağlaması yanıb, 31 kənd təsərrüfatı texnikasına ziyan dəyib.