Newscenter.az.9.03.2021. 2020-ci ildə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən vətəndaşların 9,2 min müraciətinə baxılıb.
“Report” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2020-ci ilə dair hesabatında bildirilib.
Bunlardan 4,5 mini ərizə və şikayət kimi, 4,7 min isə Baş İdarədə fəaliyyət göstərən “161-Qaynar xətt” əlaqə mərkəzinə müraciət kimi daxil olub.
Həmin müraciətlər əsasən yerli icra hakimiyyəti orqanları, sosial müdafiə, təhsil, səhiyyə, bələdiyyə, özəl sektor və digər sferaları əhatə edir.
“161-Qaynar xətt” əlaqə mərkəzinə daxil olan müraciətlərin sahələr üzrə bölgüsü belədir:
Daxili işlər orqanları – 779
Yerli icra hakimiyyəti orqanları - 656
Sosial müdafiə - 654
Səhiyyə - 564
Bələdiyyələrin fəaliyyəti – 280
Təhsil – 136
Ədliyyə orqanları - 134
Özəl sahə - 121
"Azərişıq" ASC-nin fəaliyyətilə bağlı - 115
Meliorasiya və su təsərrüfatı - 96
"Azəriqaz" İB - 88
Səfərbərlik - 48
Ekologiya və təbii sərvətlər - 40
Müdafiə - 33
"Azərsu" ASC - 29
Bank sektoru - 28
Kənd təsərrüfatı - 28
Digər - 832
Qeyd edək ki, hesabat yaxın günlərdə Milli Məclisdə müzakirəyə çıxarılacaq.