Newscenter.az.9.03.2021. Türkiyə uzaqmənzilli və yüksəklikdəki hədəfi məhv edən hava hücumundan müdafiə sistemini sınaqdan keçirib.
“Report” xəbər verir ki, bunu ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri İsmayıl Dəmir tvitterdə yazıb.
"HİSAR-A+ təhvil verildikdən sonra HİSAR-O+ orta yüksəklik hava hücumundan müdafiə sistemimiz ən son atışında bu günədək ölkəmizdə hazırlanan ən uzaq mənzil və ən yüksəkdəki hava hədəfini birbaşa vurub məhv edərək sınağını uğurla keçdi", - o deyib.
Komitə sədri layihə üzərində birgə işləyən ASELSAN və "Roketsan" şirkətlərinə təşəkkürünü bildirib.