Azərbaycanda neçə nəfər peyvənd olunub?
Tarix: 10-03-2021, 11:30
Newscenter.az.10.03.2021. Martın 9-da Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 21 204 nəfər vaksinasiya olunub.
Bu barədə Newscenter.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Qeyd olunub ki, hazırkı dövrədək ölkədə koronavirus infeksiyasına qarşı 428 635 nəfər peyvəndlənmə prosesində iştirak edib: "Vaksinasiya bütün rayonlarda uğurla davam etdirilir".