Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

DANX: Süni qiymət artımına yol verən daşıyıcı şirkətlərə qarşı sərt tədbirlər görüləcək



Newscenter.az.10.03.2021. Bu günə qədər süni qiymət artımı ilə bağlı daxil olan şikayətlərin 96 %-nin müntəzəm marşrut xətlərinə aid olmadığı aşkarlanıb.

Newscenter.az xəbər verir ki, bu barədə açıqlamanı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova verib. O, bildirib ki, müntəzəm marşrut xətlərində rast gəlinən süni qiymət artımının isə sürücünün fərdi təşəbbüsü olduğu məlum olub:

“Bununla bağlı müvafiq daşıyıcı şirkətə məlumat verilərək problem həllini tapıb, gediş haqqı əvvəlki vəziyyətinə qaytarılıb. Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq daşıyıcı şirkət rəhbərlərinə və ictimai nəqliyyatı idarə edən sürücülərə xəbərdarlıq edirik ki, süni qiymət artımına yol verdikləri halda tərəfimizdən sərt tədbirlər görüləcək. Paytaxt istisna olmaqla respublikanın digər regionlarında şəhərdaxili, rayondaxili və Bakı-Sumqayıt istiqamətində hərəkət edən avtobuslarda süni qiymət artımı ilə qarşılaşdığınız zaman 012-566-52-58 nömrəli "Çağrı Mərkəzi"nə zəng edib məlumat verməyinizi xahiş edirik”.

Ruhiyyə
Xəbəri paylaş