Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qusar rayon sakinindən narkotik götürülüb



Newscenter.az.10.03.2021
. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin satışında şübhəli bilinən Fateh Qədimov şəxs saxlanılıb.

Hal şahidlərinin iştirakı ilə onun yaşadığı evə keçirilən baxış zamanı oradan kibrit qutularında və sellofan torbalarda ümumi çəkisi 480 qram olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Dindirilmə zamanı F.Qədimov narkotik vasitənin satışı ilə məşğul olduğunu etiraf edib.

Qeyd olunan faktla bağlı Qusar RPŞ-də araşdırmalar aparılır.

Mehman
Xəbəri paylaş