Hökumət bu tarixdə Milli Məclisdə hesabat verəcək
Tarix: 11-03-2021, 12:12
Newscenter.az.11.03.2021. Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının vaxtı açıqlanıb.
Bu barədə parlamentdəki mənbə məlumat verib.
Bildirilib ki, Milli Məclisin yaz sessiyasının növbəti plenar iclasının martın 16-da keçirilməsi nəzərdə tutulur.
İclasda hökumətin hesabatı dinləniləcək. Hesabatı Baş nazir Əli Əsədovun təqdim edəcəyi gözlənilir.