İranda baş verən zəlzələ Naxçıvanda da hiss edilib
Tarix: 11-03-2021, 13:03
Newscenter.az.11.03.2021. İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində 5-6 bal gücündə zəlzələ baş verib.
“Report” xəbər verir ki, yeraltı təkanlar Xoy şəhərindən 14 km şimal-şərqdə 10 km dərinlikdə qeyd alınıb.
Yeraltı təkanlar Azərbaycanın Naxçıvan Muxtar Respublikasında, Ermənistanın sərhədyanı rayonlarında da hiss edilib.