Newscenter.az.11.03.2021. Milli Məclisin deputatı Könül Nurullayeva Bakı şəhəri Nizami rayonu sakinlərindən, həmçinin Azərbaycanın müxtəlif ərazilərində yaşayan vətəndaşlardan Deputat Qərargahına daxil olmuş müraciətlər əsasında mütəmadi vətəndaş qəbullarını davam etdirir.
Newscenter.az-a Deputat Qərargahından verilən məlumata görə, həftə ərzində, onlarla vətəndaşın birbaşa, telefon və sosial şəbəkələr üzərindən müraciətləri qeydə alınmış, 20-dən çox seçici canlı vətəndaş qəbulu zamanı dinlənilmişdir. Vətəndaşları narahat edən məsələlərin müvafiq qurumlara ünvanlanması üçün qeydiyyat aparılıb.
K. Nurullayevanın Deputat Qərargahından bildirildiyi kimi, qəbul iştirakçılarını ən çox narahat edən problemlər pandemiya dönəmində məşğulluq, maddi yardımın edilməsi, sosial təminat verilməsi, bina infrastrukturların bərpası, müxtəlif dövlət və qeyri-dövlət strukturlarının əməkdaşlarının fəalliyyəti ilə bağlı narazılıqlar kimi dəyərləndirilmişdir.
K. Nurullayeva qeyd edib ki, karantin rejiminin qaydaları çərçivəsində vətəndaşlarla həftəlik qəbullar davamlı olaraq canlı və ya onlayn şəkildə keçiriləcəkdir.
Ruhiyyə