Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Qarabağın memarlıq irsi işğaldan sonra” mövzusunda respublika elmi-praktik konfransı keçirilib



Newscenter.az.11.03.2021. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Qarabağın memarlıq irsi işğaldan sonra” mövzusunda respublika elmi-praktik konfransı öz işinə başlayıb. Newscenter.az-a təhsil ocağından bildirilib ki, onlayn formada “ZOOM” proqramı üzərindən keçirilən konfransa Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azəriqaz İstehsalat Birliyi, Azəristiliktəchizat ASC-dən, digər universitetlərdən nümayəndələr, toplam 300-ə yaxın iştirakçı qoşulub.

Konfransı giriş nitqi ilə açan universitetin rektoru, professor Gülçöhrə Məmmədova ölkə prezidenti İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun, qəhrəman əsgərlərimizin 44 günlük Vətən müharibəsində əldə etdiyi böyük qələbədən torpaqlarımızın 30 illik işğaldan azad olunmasından və bundan sonra görüləcək işlərdən danışıb. Rektor vurğulayıb ki, işğaldan azad olunan ərazilərimizdə dağıdılmış mühəndis infrastrukturunun, tarixi və mədəniyyət abidələrinin müasir texnologiyalar əsasında yenidən qurulması işlərində AzMİU alimləri yaxından iştirakı etməli, böyük quruculuq layihələrinə öz töhfələrini verməlidirlər. Bu gün keçirilən konfransda həmin ərazilərdə Qarabağın yaşayış məntəqələrinin memarlıq planlaşdırılması, mühəndis- kommunikasiya sistemlərinin, yol infrastrukturunun yenidən qurulması, ərazinin ekoloji problemləri, onların həlli yolları və s. məsələlərin müzakirə olunacağını konrans iştirakçılarının diqqətinə çatdıran G.Məmmədova onun işinə uğurlar arzulayıb.

Rektorun əhatəli çıxışından sonra qonaqlar – Azəriqaz İB-nin baş direktoru Ruslan Əliyev, “Azəristiliktəchizat” ASC sədrinin müavini İlham Mirzəliyev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “Avtoyol” Elmi Tədqiqat Layihə İnstitutunun direktoru Azər Nemətli konfrans iştirakçılarını salamlayıblar.

Konfransın plenar iclasında AzMİU-nun Ekologiya kafedrasının müdiri, professor Fəqan Əliyevin “Qarabağın davamlı inkişafı: enerjiyə qənaət, bərpa olunan enerji mənbələri, ağıllı şəhər, yaşıl kəndlər” adlı məruzəsi dinlənilib.

Konfrans öz işini bölmələrdə davam etdirib.

R.Mehdiyeva


Xəbəri paylaş