Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

YAP-da yeni şöbə yaradılıb



Newscenter.az.11.03.2021. Yeni Azərbaycan Partiyasında (YAP) yeni şöbə yaradılıb.

"Report"un verdiyi məlumata görə, partiyanın Qadınlar Şurasının əvəzinə Mərkəzi Aparatda Gender siyasəti şöbəsi yaradılıb.

Yeni şöbə Qadınlar Şurasının fəaliyyətini həyata keçirəcək.

Qeyd edək ki, YAP-ın Qadınlar Şurası sonuncu qurultayda ləğv edilib. Partiyanın Qadınlar Şurasının sədri Nurlana Əliyeva idi. O, Bakı Slavyan Universitetinin (BSU) rektoru vəzifəsində çalışır.

YAP-ın VII qurultayı martın 5-də keçirilib.
Xəbəri paylaş