Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrük Komitəsi tanınmış şirkəti cərimələdi



Newscenter.az.12.03.2021. Dövlət Gömrük Komitəsi (DGK) “Bakukonserv” QSC-nin inzibati qaydada cərimə edilməsi barədə protokol tərtib edib.

“Report” xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin 483-cü (Xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmaması) maddəsinə əsasən tərtib edilmiş protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib.

İş hakim Rövşən Xəlilovun icraatındadır.

Maddədə “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür və bu əmələ görə, inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir.

“Bakukonserv” QSC-nin 3 zavodu var və konservləşdirilmiş məhsulların istehsalı, həmçinin ixracı ilə məşğul olur.
Xəbəri paylaş