Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Livanlı snayperçinin azad edilməsində Lavrov izi



Newscenter.az.12.03.2021. "Livandan gəlib, Qarabağda Azərbaycan əsgərinə qarşı döyüşən snayper haxçığın azadlığa buraxılmasının Rusiya Federasiya Şurasının sədri Valentina Matvienkonun xahişinə bağlanması məsələnin yalnız görünən tərəfidir. Görünməyən tərəfinin arxasında isə ermənibaşı Serqey Lavrov durur".

Newscenter.az xəbər verir ki. bu fikirləri politoloq Natiq Miri səsləndirib. O, xatırladıb ki, Lavrov Vətən müharibəsi ərəfəsində ilk dəfə rəsmi olaraq Suriyaya səfər etmişdi:

"Bu səfərə Rusiyanın geosiyasi maraqları kontekstində don geyindirilsə də, əsas səbəblərdən biri Azərbaycan ordusuna qarşı döyüşəcək erməni və digər müzdlu döyüşçülərin Qarabağa transferi idi. Liviyadan olan snayper haxçix də məhz bu səfərin nəticəsi olaraq Qarabağda döyüşürdü. Snayper olduğunu nəzərə alsaq, böyük ehtimalla onlarla Azərbaycan əsgərinin qanında əli var".

Politoloq deyib ki. bunun üstünə bir də ermənibaşı Lavrovun istəyi ilə terrorçu haxçixin buraxılmasını gələndə vətən aşiqi Azərbaycanlı üçün çox pis mənzərə yaranır. "Əvəzində nə aldıq" deyə soruşsanız, bunun da cavabı yoxdur, çünki heç nə almadıq, sadəcə bir ermənibaşı istədi deyə, biz də əmrə müntəzir olduq:

"Yox, əgər belə deyilsə, onda hakimiyyət buyurub, doğrusunu söyləsin, daşlar da yerinə otursun ki, zülmə yer qalmasın".

Mehman
Xəbəri paylaş