Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Səfir Faiq Quliyev Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb



Newscenter.az.12.03.2021. Azərbaycan Respublikasının Gürcüstandakı Fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev Gürcüstan Parlamentinin sədr müavini, , Azərbaycan ilə Dostluq qrupunun rəhbəri Kaxaber Kuçava ilə görüş keçirib.

Newscenter.az Azərbaycanın Gürcüstandakı səfirliyinə istinadən xəbər verir ki, səfiri salamlayan K.Kuçava Gürcüstanla Azərbaycan arasında möhkəm zəmin üzerində inkişaf edən strateji tərəfdaşlıq əlaqələrinin vacibliyini önə çəkib. O, bu istiqamətdə parlamentlərarası əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, Azərbaycan həmkarları ilə əyani təmasların bərpa olunması, qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini qeyd edib.
Ölkəmizin ünvanına söylənilən xoş sözlərə görə təşəkkür bildirən Səfir F.Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qonşu Gürcüstanla strateji tərəfdaşlıq münasibətlərimizin təşviq edilməsinə yetirdiyi diqqəti vurğulayıb. O, Azərbaycan dövlət başçısının bu barədə son aylar ərzində aparıcı dünya media resurslarına verdiyi çoxsaylı müsahibələrdə xüsusi bəyanatların etməsi qeyd olunan qəti mövqeyimizin ən mötəbər təsdiqi kimi təqdim edib.

Gürcüstan Parlamentinin vitse-spikeri, öz növbəsində hər zaman Azərbaycan ərazi bütövlüyünün Gürcüstan tərəfindən dəstəkləndiyini qeyd edərək, bölgədə sülh və əməkdaşlıq şəraitinin bərqərar olunmasının şəksiz vacibliyini vurğulayıb.

Səfir F.Quliyev bu xüsusda, Azərbaycanın nail olduğu şanlı Qələbə sayəsində bölgəmizdə yeni imkanların yarandığı və ümidverici perspektivlərin açıldığını qeyd edib. Bununla bağlı o, hazırkı mərhələdə Azərbaycan – Gürcüstan ikitərəfli və Azərbaycan – Gürcüstan – Türkiyə üçtərəfli əməkdaşlıq formatlarının bölgə inkişafına verə biləcəyi töhfəni ayrıca qeyd edib.

Söhbət əsnasında tərəflər iki ölkənin Parlamentləri səviyyəsində fəal əməkdaşlığın, o cümlədən beynəlxalq platformalarda ərazi bütövlüyünün dəstəklənməsi üzrə həmrəyliyin və müxtəlif konkret istiqamətlər üzrə tərəfdaşlığın vacibliyini vurğulayıblar.

Görüşün sonunda tərəflər gələcəkdə məhsuldar təmasların davam etdiriləcəyinə dair əminliyi ifadə ediblər.

Mehman
Xəbəri paylaş