Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kremlə həm Bakıdan, həm də İrəvandan şkiayətlər gedir

Kremlə həm Bakıdan, həm də İrəvandan şkiayətlər gedir


Newscenter.az.13.03.2021. "Kremlə həm Bakıdan, həm də İrəvandan şkiayətlər gedir. Bakı İrəvanın kommunikasiya xətlərinin açılmasını uzatdığını bildirir"

Newscenter.az. xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib. O bildirib ki, İrəvan isə əsirlərin geri qaytarılmadığını iddia edir:

"Buna görə də Rusiya prezidenti Vladimir Putin iki ölkənin lideriylə telefon danışığına ehtiyac duyub. Putin telefon danışığında atəşkəsə riayət edilməsindən razı qaldığını bildirərək, 9 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsinin durumunu tərəfdaşlarıyla müzakirə edib".

Politoloq hesab edir ki, bu telefon zənginin iki mənası var:

"Birincisi, Putin demək istəyir ki, proses onun nəzarəti altındadır, ikincisi tərəflər 9 noyabr və 11 yanvar bəyanatlarının yerinə yetirilməsini sürətləndirməlidirlər. Bəyanatları yerinə yetirməyən varsa, o da Ermənistandır, Dağlıq Qarabağda hələ də əli silahlı separatçılar var, İrəvan kommunikasiya xətlərinin açılmasına maraq göstərmir və bunun nəticəsidir ki, 1 mart tarixinə qədər liderlərin masasına təkliflər paketi təqdim edilməyib".

Mehman
Xəbəri paylaş