Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ilk iclası keçirilib



Newscenter.az.14.03.2021. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq, “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış Yaşıl enerji məkanı üzrə alt İşçi Qrupunun ilk iclası keçirilib.

Newscenter.az Energetika Nazirliyinə istinadən xəbər verir ki, Alt İşçi Qrupunun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə videokonfrans formatında keçirilən iclasda Strategiyanın hazırlanması ilə bağlı müvafiq sahə üzrə fəaliyyət istiqamətlərinin və iş planının ilkin layihəsi müzakirə edilib. İşçi Qrupu üzvlərinin təklifləri dinlənilib.

Xatırladaq ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 fevral 2021-ci il tarixli 161S nömrəli Sərəncamına əsasən Strategiyanın hazırlanması ilə bağlı fəaliyyət istiqamətlərinin və iş planının ilkin layihəsinin cari ilin 15 mart tarixinədək Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim edilməsi nəzərdə tutulur.

Sevinc

Xəbəri paylaş