Newscenter.az.15.03.2021. Gəncə-Daşkəsən avtomobil yolunun 29-cu km-də iri qaya parçası dağdan qoparaq yolun hərəkət hissəsinə düşüb.
Bu barədə Newscenter.az.-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, nəticədə yolun bir zolağı üzrə avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə hərəkətində problem yaranıb. Dərhal hadisə yerinə Agentliyin texnikaları və canlı qüvvəsi cəlb edilib. İri qaya parçası qısa müddət ərzində xüsüsi texnika ilə (Rokson) dağıdılaraq ərazidən uzaqlaşdırılıb və sözügedən yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunub.
Anar