Təlimlərə cəlb edilən qoşunlar əməliyyat təyinatı rayonlarına çıxarılır-VIDEO
Tarix: 15-03-2021, 11:31
Newscenter.az.15.03.2021. Əməliyyat-taktiki təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonlarına çıxarılır.
Bu barədə Newscenter.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.