Newscenter.az.15.03.2021. Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fonduna (“YAŞAT” Fondu) daxil olan vəsaitin məbləği açıqlanıb.
“Report” xəbər verir ki, indiyədək fondda 30 438 901,64 manat toplanıb.
Həmin vəsaitdən 16 434 136,55 manat fiziki şəxslər, 14 004 765,09 manat isə hüquqi şəxslər tərəfindən ödənilib.
Fonda daxil olan vəsaitin 14 384 996,29 manatı xərclənib. Vəsaitin qalığı isə 16 053 905,35 manatdır.