Newscenter.az.16.03.2021. “Şəhid ailələri və müharibə əlillərinin soail müdafiəsinin gücləndirilməsi daim ölkə başçısının xüsusi nəzarəti altındadır. Bu məqsədlə həmin şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi ilə Prezident təqaüdünün məbləği artırılıb”.
Bunu Baş nazir Əli Əsədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində şəhid olan 2 881 nəfərin 2 695-nin ailələrinə 44 milyon manatdan çox sığorta ödənişləri verilib.