Newscenter.az.16.03.2021. Bu ilin yanvarında Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 197 nəfər gələn, Azərbaycandan isə 22 nəfər gedən qeydə alınıb.
Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Ölkə üzrə miqrasiya saldosu müsbət 175 nəfər təşkil edib.