Newscenter.az.17.03.2021. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Aqrar Tədarük və Təchizat” ASC kənd təsərrüfatı məhsullarının ixracının təşviqi istiqamətində fermerlər arasında maarifləndirmə tədbirləri keçirir.
Newscenter.az-a daxil olan məlumata görə, təlim formatında keçirilən tədbirlərə 5 hektardan artıq torpaq sahəsinə malik, tərəvəz əkini və ya bağçılıqla məşğul olan fermerlər cəlb olunub. Təlimlərdə məqsəd fermerləri kənd təsərrüfatı məhsullarının ixracı prosesi barədə məlumatlandırmaq, onların bu istiqamətdə bilik və bacarıqlarını inkişaf etdirməkdir.
Qax, Quba, Xaçmaz, Şəmkir, Lənkəran və Göyçay rayonlarında keçirilən təlimlərdə ətraf rayonlar da daxil olmaqla ümumilikdə 18 regiondan olan 54 fermer iştirak edib. Təlim zamanı fermerlərə məhsul ixracı prosesinin təşkili, bu sahəyə dair qanunvericilik, xarici ölkələrdə idxal olunan kənd təsərrüfatı məhsulları ilə bağlı müəyyən olunmuş standartlar, logistika işinin təşkili və s. mövzular barədə ətraflı məlumat verilib.
Qeyd edək ki, bu və digər istiqamərlər üzrə fermerlərin maarifləndirilməsi təlimləri gələcəkdə davam etdiriləcək.
Orxan