Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məcburi köçkünlərin məskunlaşdığı tikilidə yanğın olub



Newscenter.az.18.03.2021. Bərdə rayonunda yanğın hadisəsi olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Qaradəmirçi kəndində ümumi sahəsi 100 m² olan məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli tikilinin dam örtüyünün yanar konstruksiyaları 6 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbəri paylaş