Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xızıda polis əməkdaşları şəhid hərbi qulluqçuların ailələrini ziyarət ediblər



Newscenter.az.18.03.2021. DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Newscenter.az-a verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları 44 gün davam edən Vətən müharibəsində canından igid oğullarımızın ailələrini ziyarət ediblər.

Şəhidlərin valideynləri ilə həmsöhbət olan polislər, onların qayğıları ilə maraqlanıb, Novruz bayramı ərəfəsində gətirdikləri sovqatları təqdim ediblər.
Görüşlər zamanı Vətən müharibəsində əldə etdiyimiz Qələbənin şəhidlərimizin, qazilərimizin və hazırda xidmətini davam etdirən mərd oğullarımızın sayəsində əldə edildiyi vurğulanıb.

Şəhid ailələri onlara göstərilər diqqət və qayğıya görə Daxili İşlər Nazirliyinin bütün kollektivinə təşəkkür ediblər.

Mehman
Xəbəri paylaş