Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qubada karantin qaydalarını pozaraq yas mərasimi keçirənlər cərimələniblər



Newscenter.az.19.03.2021. Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Covid-19 pandemiyası ilə əlaqədar Operativ Qərargah tərəfindən elan edilmiş tələb və tövsiyələrə əməl olunması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Newscenter.az-a verilən məlumata görə, RPŞ-nin əməkdaşları rayon ərazisində xidmət aparan zaman Mirzəməmmədkənd kəndi ərazisində yerləşən evlərin birində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyi müəyyən ediblər.

Polis əməkdaşları tərəfindən mərasim dərhal dayandırılıb. Ölkədə elan edilən xüsusi karantin rejimi qaydalarını pozduqları mərasimi təşkil edən ev sahibi və mərasimdə iştirak edən 13 nəfər şəxs İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə cərimə olunublar.

Mehman
Xəbəri paylaş