Deputatların vaksinasiyasının ikinci mərhələsi başlayıb
Tarix: 22-03-2021, 10:04
Newscenter.az.22.03.2021. Milli Məclisin deputatlarının koronavirus infeksiyasına qarşı vaksinasiyasının ikinci mərhələsi başlayıb.
Deputatlar qrafik üzrə koronavirusa qarşı vaksinin ikinci dozasını alacaqlar.
Qeyd edək ki, deputatların vaksinasiya prosesi könüllülük prinsipi əsasında həyata keçirilir.