Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Güclü külək qaz xəttinə ziyan vurub



Newscenter.az.23.03.2021. Bu gün səhər saatlarında Bakı və ətraf ərazilərdə güclü küləyin əsməsi müşahidə olunur. Bu cür hava şəraiti qaz təsərrüfatına da ziyansız ötüşmür.

Newscenter.az-ın xəbərinə görə, bu barədə özünün facebook səhifəsində məlumat verən "Azəriqaz" İstehsalat Birliyinin sədri Ruslan Əliyev bildirib ki, Xəzər rayonu, Buzovna qəsəbəsi "8 Mart" küçəsində güclü külək daş hasarı diametri 76 mm olan qaz xəttinin üzərinə aşırıb. Qaz sızması müşahidə olunduğu üçün 30 abonentin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb. Dərhal bərpa prosesinə başlanılıb.

Mehman
Xəbəri paylaş