Netanyahunun partiyası İsraildə parlament seçkilərində qalib olub
Tarix: 24-03-2021, 00:38
Newscenter.az.24.03.2021. İsrailin baş naziri Binyamin Netanyahunun rəhbəri olduğu "Likud" Partiyası ölkədə çərşənbə axşamı Knessetə (parlament) keçirilmiş seçkilərdə qalib gəlib və 120 yerdən 31-ni əldə edə bilər.
“Report” xəbər verir ki, bunu ölkənin “Kan” dövlət radiostansiyası tərəfindən keçirilmiş “exit poll”un nəticələri göstərir.
Nəticələr seçki məntəqələrinin yerli vaxtla saat 22:00-da (Bakı vaxtı ilə 00:00) bağlanmasından sonra açıqlanıb.