Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı islam dünyasının ikinci Kəbəsidir



Newscenter.az.28.03.2021. Azərbaycanın paytaxtı Bakı şəhərinin salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakının Allah Təalanın sifətlərindən biri olan "Baqi" sözündən törəmə olduğu da ehtimal edilir. Toponimim "Allah şəhəri", "Allah yeri" və ya "Günəş (atəş) şəhəri", "Günəş (atəş) yeri" mənasını da daşıması ehtimallar arasındadır.
Bakıda tapılmış V–VII əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğundan xəbər verir. V–VI əsr mənbələrində Bakı "Bağavan" və "Atəş-i Baquan", ərəb mənbələrində (X əsr) "Bakuyə", "Bakuh", "Baku", rus mənbələrində (XV əsr) "Baka" adlandırılıb.

Bakı” toponimini də eyni prinsiplə “badi” (farsca “külək”) və “kubə” (ərəbcə “şəhər”) sözlərinin birləşməsi kimi izah olunur. Maraqlıdır ki, Bakı yeganə şəhərdir ki, fars və ərəb sözlərinin birləşməsi İslam dini yayılmasından sonra mənbələrdə qeyd edilməyə başlayıb. İslam dini regionda qəbul ediləndən sonra, Şirvanşalar dövrü., Səfəvilər dövrü fars dilli mənbələrdə "Badi kubə" adlandırılmağa başlandı. Maraqlıdır ki, Badi-Kubə sözü bütün variantları geri qoydu. Buna səbəb nə idi?

Qədim Bakı-Qala şəhərinin müxtəlif adları olmuşdur. Fars tarixi mənbələrinə istinad etsək məlum otur ki, Bakı “Badi-kubə» şəhər qalası adlandırılıb ki, onun da mənası “küləklər şəhər qalası” deməkdir. Məlumdur ki, qədim dövrlərdə dəniz-okean; sahillərində tikilən şəhərlər küləkli olub, sunamilərlə üzləşiblər. Lakin heç biri küləklər şəhəri adlandırılmayıb. Ərəb lüğətinə müraciət etsək “Badi-Kubə” adı ilə səsləsən “BADI-KAABA” adı ilə rastlaşarıq ki, o da tərcümədə Müqəddəs Kəbədən sonra şəhər mənasındadır. İslam dünyasında Məkkə şəhərində Kəbə evindən sonra ikinci müqəddəs şəhər Bakı götürülmüşdü. Bakıda İslamdan qabaq və İslamdan sonra tikilən yerlər İslamın müqəddəs şəhəri adı almasına onu gətirib çıxardır. Buna misal olaraq Qız qalasının ətrafında olan yeri göstərə bilərik.

Bu məkanı çox şəxs görüb, daxil olub və fotolar çəkdirib. Bəziləri buranı köhnə bazar, bəziləri Şirvanşahlar sarayının bir hissəsi, bəziləri də açıq səma altında muzey kimi bilir. Lakin əsl həqiqət burda çox zaman gizlədilir. Qədimdə müsəlman, xristian, yəhudi və büdpərəst şəxslər arasında kasıb təbəqə müqəddəs məkanlara gedə bilməyəndə Bakıya gəlib, buranı ziyarət edirmişlər və bura onlar üçün ora qədər əhəmiyyət daşıyırmış. Bura Bakının " İti uclu kolonnadaları" adlanır. Kolonnada memarlıqda sütun cərgəsi və ya cərgələrinin horizontal örtük altında birləşməsinə verilən addır. Kolonnada daha çox portik və qalereya formasında tədbiq olunur. Dünyada yeganə yer məhz Bakıdadır ki, Qız qalası yanındakı kolonnada hər tərəfdən eyvanlarla və kolonnalarla əhatə olunub. Bu da müsəlmanlar üçün çox müqəddəs sayılan Məkkəni xatırladır. Bura Məkkədən sonra yeganə yerdir ki, təkcə İslam memarlığı deyil, dünyəvi xarakter daşıyır. Bu kolonnada elə tikilib ki, qədim Məkkə kimi zəvvarlar üçün yanında karvansaray və ibadət yerləri olub.

Məhz buna görə İslam din yayılandan sonra Peyğəmbər (s) ailəsindən olanların əksəri Azərbaycana, xüsusilə Bakıya gəliblər. Musa əl-Kazımın qızlarından biri Həkimə xanım Bibiheybət məscidində, digər qızı Rəhimə xanım isə Nardaran məscidində dəfn olunub. Bakının Kürdəxanı kəndində ən qədim dini zaviyələr olub. İslam şəhərləri içərisində Came məscidləri. Məhəllə məscidləri, Mədrəsə- məscidləri və Təkyə sayına görə Bakı xüsusi yer tutub.

Dosent Zaur Əliyev
Xəbəri paylaş