Newscenter.az.28.03.2021. Milli Məclisin deputatı Fatma Yıldırım Bərdə rayon Heydər Əliyev Mərkəzində növbəti vətəndaş qəbulu həyata keçirib.
Newscenter.az-a Fatma Yıldırımın Deputat Qərərgahından verilən xəbərə görə, görüş zamanı millət vəkili Bərdə sakinlərinin problemlərini diqqətlə dinləyib, onların müraciətlərini qeydə alıb. Bəzi məsələlər aidiyyəti qurumlara yönləndirilməklə yerindəcə həllini tapıb.
[center]
Millət vəkili bildirib ki,seçicilərlə növbəti görüşləri təmsil etdiyi ərazi üzrə kəndlərdə təşkil olunacaq:
"Qeyd etmək istəyirəm ki, seçicilərimizlə ünsiyyət qurmaq və onların problemləri ilə maraqlanmaq fəaliyyətimizin daima prioritet istiqaməti olacaq".
Ruhiyyə