Newscenter.az.30.03.2021. 31 mart soyqırımı milli mənsubiyyətə görə həyata keçirilən, düşünülmüş və məqsədli şəkildə insanlarla yanaşı milli-mənəvi irsə vurulan ziyan baxımdan həcminə görə digər soyqırımlardan fərqlənir. Ermənilər çoxdankı arzusu olan Dənizdən-dənizə planlarını həyata keçirmək üçün məqsədəuyğun zaman axtarışına çıxmışdı. O zaman Şərqin ilk cümhuriyyəti olan AXC-nin Rusiya ilə münasibətlərində soyuqluq yaranması ermənilər üçün əvəzedilməz fürsət idi. Belə bir məqamda Bakı, Şamaxı, Quba eləcədə digər qəzalarda vətəndaşlara divan tutmağa başladılar. Proseslərə daha öncələrdən start verən erməni daşnaqları vətəndaşları haqsız yerə incidir, onların mülklərini talan edirdi.
Mart ayının 31-dən aprel ayının 3-nə qədər həyata keçirilən soyqırımda minlərlə insanın kütləvi tələfatını həyata keçirdilər. Soyqırım barəsində tarixçi alimlər, hadisə şahidləri eləcədə soyqırımı araşdıran mütəxəsislər bu yöndə kifayət qədər məlumat verib. Bu yöndə müxtəlif hüquqi sənədlər mövcuddur. Bu sənədlərin ən əsası isə Ulu öndər Heydər Əliyevin fərmanı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı” günü kimi qeyd olunmasıdır. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Qubada Genosid Memorial Kompleksi ucaldılıb. Abidə üç hissədən: sivriuclu bıçaqları xatırladan iki konstruksiya – giriş və çıxışdan, mərkəzində qara xatirə daşı yerləşən əsas zaldan ibarətdir. Abidənin iti ucları şiddətli ağrını təcəssüm etdirir. İti ucların yerin altından üzə çıxması həqiqəti gizlətməyin mümkünsüz olduğunu əks etdirir. Abidə bütövlükdə brutto-betondan hazırlanıb. Faciə qurbanlarının xatirəsinə matəm sükutunu təcəssüm etdirmək məqsədilə layihədə hər hansı bəzəkdən imtina edilib. Abidə-muzeyin ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında – Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb. 19 bölmədən ibarət muzey ekspozisiyası Azərbaycan, rus və ingilis dillərində təqdim olunur.
Mart soyqırmı illər keçsədə daim tədqiq olunmalı, dünya birliyinə çatdırmaq baxımdan mühüm məsələlər arasında yer alır. Hökumətin bu yöndə həyata keçirdiyi siyasət nəticəsində artıq bir sıra ölkələrin nümayəndələri ermənilərin törətdikləri vəhşiliklərlə bağlı kifayət qədər dolğun və ətraflı məlumat əldə edibdir.
Bu gün hər bir azərbaycanlı təkcə mart soyqırımı deyil, Xocalı soyqırımı və eyni zamanda 44 günlük vətən müharibəsi zamanı Gəncədə, Bərdədə eləcə də digər regionlarda ermənilərin sivil vətəndaşlarımıza qarşı həyata keçirdiyi terror və soyqırım siyasətləri barəsində dünya ictimayyətinin məlumatlandırılmasında fəal iş aparmalı, bu yöndə əlindən gələni əsirgəməməlidir. Texnika və texnologiya, sosial şəbəkə eləcədə digər internet resurslardan həyata keçiriləcək düşünülmüş kompaniyalar ermənilərin barbar siyasətinin mahiyyətini açıb ortaya qoya bilər ki, bütün bunların fonunda tarixi Azərbaycan torpaqlarında məsgunlaşan terrorist və qatil erməni xalqı dünya ictimayyəti tərəfindən iqnor ediləcək. Cəmiyyətdən təcrid olunacaqlar.
Ayşən Fəxrəddinqızı
“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədr müavini