Newscenter.az.31.03.2021. 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Şəki Regional Mədəniyyət İdarəsinin nəzdində fəaliyyət göstərən, M.F.Axundzadə adna Oğuz rayon Mədəniyyət Mərkəzinin və kənd filialları işçilərinin iştirakı ilə videofomatda yığıncaq keçirilib.
Newscenter.az-a M.F. Axundzadə adına Oğuz rayon Mədəniyyət Mərkəzindən bildirilib ki, toplantıda 1918-ci il mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixindən deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olduğu vurğulanıb.
31 mart Soyqırımı günü ilə əlaqədar rayon Mədəniyyət Mərkəzinin direktoru Ş.Mikayilova, metodist A.Hüseyinov yığıncaqda çıxış edərək 1918-ci ilin mart ayında ermənilərin Azərbaycanın paytaxtı Bakı şəhəri və digər rayonlarımızda törətdikləri vəhşiliklər barədə danışıb, öz fikirlərini yığıncaq iştirakçıları ilə bölüşüblər. Eyni zamanda bununla əlaqədar filial işçilərinə tövsiyyə və tapşırıqlar verilib.